çərşənbə, 24 aprel 2024

DİGƏR NÖVLƏR

Üzgüçülərimiz olimpiada ilə vidalaşıblar

24.07.2021 15:31 Oxundu 485

Tokio Yay Olimpiya Oyunlarında ölkəmizə təmsil edən iki üzgüçümüz turnirlə vidalaşıb.
“CEMPİON.AZ” xəbər verir ki, 400 metr məsafəyə qarışıq üzmək növü üzrə mübarizəyə qoşulan Maksim Şemberev çıxış etdiyi qrupda sonuncu – 8-ci olub. Qarşıya qoyulan məsafəni 4 dəqiqə 19,40 saniyəyə qət edən təmsilçimiz final mərhələsinə çıxa bilməyib. Şemberev 29 iştirakçı arasında 26-cı yeri tutub. Üzgüçülük üzrə qadın təmsilçimiz Məryəm Şeyxəlizadəxangah da turnirlə vidalaşıb. Qadın təmsilçimiz 100 mtr məsafəni 1 dəqiqiə 1,37 saniyəyə üzüb. Nəticədə ən yaxşı 18 iştirakçı arasında yer la bilməyib.
Qeyd edək ki, olimpiadada ölkəmizi bu iki üzgüçü təmsil edirdi.