şənbə, 27 aprel 2024

DÜNYA FUTBOLU

"Tottenhem" icarəyə yeni qapıçı götürdü

24.07.2021 17:50 Oxundu 388


"Tottenhem" "Atalanta"nın qapıçısı Pyerluici Qollinini icarəyə götürüb.

"CEMPİON.AZ" klubun rəsmi saytına istinadən xəbər verir ki, italiyalı qolkiper 2022-ci ilin iyununa kimi icarə əsasında İngiltərə təmsilçisində çıxış edəcək. Klub mövsümün sonu 15 milyon avro ödəyərək onu birdəfəlik ala bilər.
Qeyd edək ki, Qollini ötən mövsüm "Atalanta"da meydana çıxdığı 32 matçda 32 qol buraxıb, 13 oyunda qapısını toxunulmaz saxlayıb.