cümə, 19 aprel 2024

BOKS

Tokio-2020: Cavid Çələbiyev erməni boksçu ilə üz-üzə

25.07.2021 12:22 Oxundu 577


Boksçumuz Cavid Çələbiyev Tokio-2020 Yay Olimpiya Oyunlarında 63 kq çəki dərəcəsində ilk qələbəsinə sevinib. 

"CEMPİON.AZ" xəbər verir ki, Ukrayna təmsilçisi ilə qarşılaşan Ç. Cavid 1/16 finalda Yaroslav Hartsizi məğlub edib. 5:0 hesabı ilə qələbə qazanan boksçumuz növbəti mərhələyə yüksəlib.  
Dünya çempionumuz 1/8 finalda Ermənistan təmsilçisi Ovannes Baçkovla üz-üzə gələcək. Döyüş iyulun 31-də olacaq.
Xatırladaq ki, dünən Azərbaycan boks millisinin üzvlərindən Məhəmməd Abdullayev (+91) Denis Latıpova (Bəhreyn) qalib gələrək 1/8 finala adlayıb. Lorenzo Sotomayor (69 kq.) və Tayfur Əliyev (57 kq) isə 1/16 finalda uduzaraq mübaribəni dayandırıblar.