
Tokio-2020 Yay Olimpiya Oyunlarında taekvondo üzrə təmsilçilərimiz yarışlara qoşulublar.
"CEMPİON.AZ" xəbər verir ki, idmançılarımız bu gün mübarizəyə qoşulublar.
67 kq çəki dərəcəsində ölkəmizxi təmsil edən Fəridə Əziziova elə ilk rəqibinə məğlub olub. Taekvondoçumuz ABŞ -lı rəqibinə 5:8 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.
Titullu idmançımız Milad Beiqi Harçeqani isə daha uğurlu çıxış edib.
Milad ilk döyüşündə Çin Taypeyindən olan Vey-Tinq Liu ilə qarşılaşıb. 15:11 hesabı ilə qalib gələn taekvondoçumuz 1/8 final səddini adlayıb. O, 1/4 finalda Özbəkistan idmançısı Nikita Rafaloviçlə üz-üzə gəlib. Görüş ikiqat dünya çempionumuz üçün uğursuz alınıb. Harçeqani üçüncü dəfə qarşılaşdığı Rafaeloviçə ikinci dəfə uduzub. Rəqib 12:1 hesabı ilə qalib gəlib.