cümə axşamı, 01 yanvar 2026

DÜNYA FUTBOLU

Con Terri özünü baş məşqçi kimi sınayacaq

26.07.2021 15:49 Oxundu 491


"Aston Villa"nın məşqçisi Con Terri vəzifəsindən ayrılıb.

"CEMPİON.AZ" xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 41 yaşlı mütəxəssis bir müddət ailəsinin yanında olmaq, sonra isə özünü baş məşqçi kimi sınamaq istədiyini bildirib.
Qeyd edək ki, İngiltərə millisinin və "Çelsi"nin sabiq müdafiəçisi 2018-ci ildən "Aston Villa"da çalışırdı.