şənbə, 30 avqust 2025

BİZİM FUTBOL

Uroş Matiç "Qarabağ"a bunları arzuladı

26.07.2021 16:13 Oxundu 643


“Qarabağ”ın bu gün yollarını ayırdığı Uroş Matiç Ağdam klubu ilə vidalaşıb.

"CEMPİON.AZ" xəbə verir ki, serbiyalı yarımmüdafiəçi bununla bağlı instaqram səhifəsində paylaşım edib.
“Qarabağ” formasında şəklini paylaşan 31 yaşlı orta sahə oyunçusu ağdamlılara təşəkkür edir: “Hər şey üçün təşəkkür edirəm. Sizə gələcəkdə ən yaxşısını arzulayıram, “Qarabağ”.
Qeyd edək ki, Uroş Matiç ötən ilin yayında “Qarabağ”la 2+1 illik müqavilə bağlasa da, onunla sözləşməyə qarşılıqlı razılıqla xitam verilib.