31.07.2021 13:36
557
557

İngiltərənin “Lids” klubu heyətinə yeni futbolçu qatıb.
"CEMPİON.AZ" xəbər verir ki, Premyer Liqa təmsilçisi qapıçı transferini gerçəkləşdirib.
Lidsin eyniadlı klubu norveçli Kristoffer Klassonla güclənib. O, “Valarenqa”dan transfer olunub.
Futbolçu ilə 4 illik müqavilə imzalanıb. Transferin maliyyə tərəfləri açıqlanmayıb.