cümə axşamı, 01 yanvar 2026

DÜNYA FUTBOLU

Mario Kempes: "Bu gün İspaniya futbolu bitdi"

06.08.2021 14:32 Oxundu 575


“İspaniya liqasında artıq Kriştiano Ronaldo yoxdur. Yeni Lionel Messi də olmayacaq”.

"CEMPİON.AZ" xəbər verir ki, bunu Argentina millisinin sabiq futbolçusu Mario Kempes deyib.
Ötən əsrin 70-ci illərinin ulduzu həmyerlisi Lionel Messinin İspaniya “Barselona”sından ayrılmasına münasibət bildirib: “Killian Mbappe və ya istənilən başqası gələ bilər. Amma heç kim bu iki nəhəngin son 10-12 ildə olduğu kimi olmayacaq. Mbappe bu cütlük kimi güclü ola bilməyəcək. Bu gün İspaniya futbolu – bu Messidir. O da bitdi”.
Qeyd edək ki, Messinin karyerası boyu çıxış etdiyi “Barselona” ilə müqaviləsini uzatmayacağı açıqlanıb. Onun PSJ-yə keçəcəyi gözlənilir.