11.08.2021 11:46
627
627

“Arsenal”ın futbolçusu Tolaji Bola London klubundan ayrılıb.
"CEMPİON.AZ" xəbər verir ki, 22 yaşlı futbolçu “Roterhem Yunayted” klubuna keçib. Bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb. Müdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Bola “Arsenal”ın öz yetirməsidir. O, 13 ildir paytaxt təmsilçisində idi.