cümə axşamı, 01 yanvar 2026

BİZİM FUTBOL

"Neftçi" Avropa Liqasında mübarizəni dayandırdı

12.08.2021 21:59 Oxundu 562

UEFA Avropa Liqasında yeganə təmsilçimiz olan "Neftçi" 3-cü təsnifat mərhələsində cavab oyununa çıxıb. 

"CEMPİON.AZ" xəbər verir ki, paytaxt təmsilçisi səfərdə HİK-lə üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib. Təmsilçimiz 3 cavabsız qolla məğlub olub. Bununla da "flaqman" mübarizəni UEFA Konfrans Liqasında davam etdirəcək. 
Qeyd edək ki, "Neftçi" Bakıda keçirilən ilk matçda 2:2 bərabərə qalmışdır.