13.08.2021 17:42
635
635

İtaliya millisinin futbolçusu Manuel Lokatellinin “Yuventus”a keçidi reallaşmağa yaxındır.
"CEMPİON.AZ" xəbər verir ki, Turin təmsilçisi yarımmüdafiəçinin məxsus olduğu “Sassuolo” ilə razılığa gələ bilib.
Tərəflər transfer məbləğində ortaq məxrəcə gəlib. Lokatelli sonradan 35 milyon avroya alınmaq öhdəliyi ilə bir illik icarəyə veriləcək.
Futbolçu ilə 2026-cı ilədək müqavilə imzalanacaq. O, ildə 3 milyon avro qazanacaq.