24.08.2021 17:37
590
590

İngiltərənin “Çelsi” klubu iki futbolçusu ilə müqaviləni uzadacaq.
"CEMPİON.AZ" xəbər verir ki, Premyer Liqa təmsilçisi iki müdafiəçisi ilə yeni anlaşma imzalayacaq.
Antonio Rudiger və Andreas Kristensenə yeni müqavilə təklif olunacaq. Hər iki oyunçunun hazırkı anlaşması 2022-ci ilin yayında başa çatacaq.