27.08.2021 22:22
633
633

"Tottenhem" Fransanın "Metz" klubunun yarımmüdafiəçisi Pape Matar Sarrı transfer edib.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə İngiltərə klubunun saytı məlumat yayıb. 18 yaşlı yarımmüdafiəçi bu mövsümü icarə əsasında Fransa təmsilçisində keçirəcək.
Qeyd edək ki, ötən mövsüm seneqallı futbolçu Liqa 1-də 25 matçda iştirak edib və 4 qol vurub.