cümə axşamı, 01 yanvar 2026

DÜNYA FUTBOLU

Suares millinin heyətindən kənarda qaldı

30.08.2021 22:10 Oxundu 547


"Atletiko"nun hücumçusu Luis Suares DÇ-2022-nin seçmə mərhələsinin sentyabrda keçiriləcək oyunlarında Uruqvay millisinə kömək etməyəcək.

"CEMPİON.AZ" xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Bildirilib ki, "Villarreal"la matçda (2: 2) sol dizindən zədələnən futbolçunun durumu ciddi deyil. Ancaq Madrid təmsilçisi onun sağlamlığını riskə atmaq istəmir. "Atletiko" Uruqvay Futbol Federasiyasına Suaresi milli komandaya buraxmayacağını bildirib.
Qeyd edək ki, Uruqvay DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 10-u Ekvadorla qarşılaşacaq.