01.09.2021 10:22
632
632

Türkiyənin "Qalatasaray" klubu futbolçusu Radamel Falkao ilə yollarını ayırıb.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 35 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı şəkildə xitam verildiyi bildirilib.
Kolumbiyalı oyunçu karyerasını "Rayo Valekano"da davam etdirəcək.
Qeyd edək ki, Falkaonun İstanbul təmsilçisi ilə sözləşməsi gələn ilin yayına qədər idi. O, 2019-cu ildən "Qalatasaray"da çıxış edirdi.