cümə axşamı, 01 yanvar 2026

DÜNYA FUTBOLU

Radamel Falkaonun yeni klubu müəyyənləşib

04.09.2021 17:21 Oxundu 578


"Qalatasaray"dan ayrılan Radamel Falkaonun yeni klubu müəyyənləşib.

"CEMPİON.AZ" xəbər verir ki, 35 yaşlı hücumçu karyerasını "Rayo Valyekano"da davam etdirəcək. Bu barədə La Liqa təmsilçisinin saytı məlumat yayıb. 35 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Falkao sentyabrın 1-i "Qalatasaray" müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv etmişdi.