cümə axşamı, 28 avqust 2025

DÜNYA FUTBOLU

Yarımmüdafiəçi "Yuventus"dan ayrıla bilər

05.09.2021 20:22 Oxundu 497


İtaliyanın “Yuventus” klubunun futbolçusu Ueston Makkenni karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. 

"CEMPİON.AZ" xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi “Aston Villa”nın hədəfindədir.
Birminhem təmsilçisi Uestonu qış transfer pəncərəsində heyətinə qatmaq üçün danışıqlara başlayacaq. Yayda futbolçunu satmaq istəyən, lakin onun üçün klub tapmayan Turin təmsilçisi də bu təklifin əleyhinə deyil.
Qeyd edək ki, 2020-ci ilin sentyabrından “Yuventus”da çıxış edən Makkenni komandada 47 oyun keçirib. Onun hesabında 6 qol var.