cümə axşamı, 01 yanvar 2026

BİZİM FUTBOL

Azərbaycan - Portuqaliya matçı italiyalı hakimə tapşırıldı

05.09.2021 21:04 Oxundu 542


DÇ-2022-nin seçmə mərhələsində keçiriləcək Azərbaycan - Portuqaliya oyunu üçün hakim təyinatları açıqlanıb.

"CEMPİON.AZ" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, matçı İtaliya Futbol Federasiyasından Marko Quida idarə edəcək. Ona Filippo Meli və Alessandro Kostanzo köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Fabio Mareska yerinə yetirəcək.
Qeyd edək ki, sentyabrın 7-i keçiriləcək Azərbaycan - Portuqaliya görüşü saat 20:00-da başlayacaq.