şənbə, 21 mart 2026

BİZİM FUTBOL

Millimizə yeni futbolçu cəlb edildi

05.09.2021 23:13 Oxundu 568

DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyətinə daha bir futbolçu dəvət olunub.

"CEMPİON.AZ" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Keşlə”nin müdafiəçisi Şəhriyar Əliyev millinin heyətinə qoşulub.
Qeyd edək ki, Azərbaycan - Portuqaliya matçı sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək.