cümə axşamı, 28 avqust 2025

DÜNYA FUTBOLU

"Qvardiolanın İspaniya millisini çalışdırmasını istərdim"

08.09.2021 14:41 Oxundu 524


İspaniya millisinin baş məşqçisi Luis Enrike "Mançester Siti"nin çalışdırıcısı Xosep Qvardiola haqqında danışıb.

"CEMPİON.AZ" xəbər verir ki, o, Qvardiolanı İspaniya yığmasının baş məşqçisi kimi görmək istədiyini deyib:
"Qvardiolanın İspaniya millisini çalışdırmasını istərdim. Mən bunu çox istəyirəm. Bu, mükəmməl olardı. Komandanın onun rəhbərliyi altında oynamasının tərəfdarıyam. İspaniya millisi üçün ondan daha yaxşı məşqçi tapılacağını düşünmürəm".