cümə axşamı, 01 yanvar 2026

DÜNYA FUTBOLU

Şenol Günəş millidən ayrıldı - RƏSMİ

10.09.2021 16:21 Oxundu 614

Şenol Günəş Türkiyə millisinin baş məşqçisi vəzifəsindən ayrılıb.
"CEMPİON.AZ" xəbər verir ki, bu haqda Türkiyə Futbol Federasiaysının rəsmi saytı məlumat yayıb. Bildirilir ki, 69 yaşlı təcrübəli mütəxəsislə olan müqaviləyə qarşılıqlı razılaşma yolu ilə xitam verilib.
Qeyd edək ki, Şenol Günəş 2019-cu ildən millinin baş məşqçisi kimi çalışıb. Onun komandası son matçını Niderlanda qarşı keçirib. Həmin oyunda Türkiyə millisi 6:1 hesabı ilə məğlub olub.