cümə axşamı, 01 yanvar 2026

DÜNYA FUTBOLU

"Barselona" 28 yaşlı futbolçunu transfer etmk istəyir

11.09.2021 10:46 Oxundu 531


“Barselona” “İnter”in futbolçusu Marselo Brozoviçi transfer etməkdə israrlıdır.

"CEMPİON.AZ" xəbər verir ki, Kataloniya klubu 28 yaşlı yarımmüdafiəçinin keçidi üçün müdafiəçisi Emersonu təklif edib. Lakin hələlik tərəflər ortaq məxrəcə gəlməyiblər.
Brozoviç PSJ-nin də maraq dairəsindədir.
Qeyd edək ki, Xorvatiya millisinin üzvü 2015-ci ildən “İnter”in formasını geyinir.