cümə, 29 mart 2024

BİZİM FUTBOL

"Qarabağ" derbidə qələbə qazanaraq, lider oldu

12.09.2021 22:38 Oxundu 437


Azərbaycan Premyer Liqasında 3-cü turunun oyunları keçirilib.

"CEMPİON.AZ" əbər verir ki, günün ilk matında "Səbail" öz meydanında "Sumqayıt"ı qəbul edib. Görüş paytaxat təmsilçisinin qələbəsi ilə bitib 1:0. Turun son qarşılaşmasında son çempion "Neftçi" vitse-çempion "Qarabağ"la üz-üzə gəlib. 3 qolun vurulduğu mərkəzi oyunda Ağdam təmsilçisi qələbə qazanıb 1:2. Derbidə "Qarabağ"ın yeni hücumçusu Vadji İbrahima dubl edib.

Azərbaycan Premyer Liqası, 3-cü tur

20:30. “Neftçi” – “Qarabağ” - 1:2 
Qol:
 Vadji İbrahima, 21 (0:1), 45 (0:2), Emin Mahmudov, 46 (1:2)
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Rahil Ramazanov, Kamal Umudlu
“Bakcell Arena”.

18:00. “Səbail” – “Sumqayıt” - 1:0 
Qol:
 Cabir Əmirli, 64
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Pərvin Talıbov, Elçin Məsiyev
“ASCO Arena”.