cümə axşamı, 25 aprel 2024

DÜNYA FUTBOLU

Çeslav Mixneviç: "Mahir Emreli yaxşı oynadı"

16.09.2021 11:31 Oxundu 500


Polşa "Legiya"sının baş məşqçisi Çeslav Mixneviç Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda səfərdə "Spartak"a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında komandanın futbolçusu Mahir Emreli haqda müsbət fikirlər səsləndirib.

"CEMPİON.AZ" xəbər verir ki, o, millimizin üzvünün sözügedən matçda yaxşı oynadığını deyib: 
"Bilirdik ki,  Cikiya ("Spartak"ın kapitanı - red) bir qədər yorula bilər. Çünki o, yaxşı oyun nümayiş etdirən Mahir Emreli ilə mübarizədə çox qaçmalı olmuşdu. Onun sayəsində Lirim Kastratinin meydana çıxaraq komandasına kömək etməsi üçün mükəmməl vaxt idi. Daha sonra Tomas Pekhart və Ernest Muçi meydana çıxmağa hazır olduqları ərəfədə Lukinyas və Emreli yaxşı imkan yaratdılar. Bu qolla bitə bilərdi, amma alınmadı. Əvəzetmələrimiz isə bəhrəsini verdi. Futbolçularımız əla kombinasiya yaratdılar və biz qol vurduq".