çərşənbə, 27 avqust 2025

DÜNYA FUTBOLU

Mbappe "Brügge" ilə oyunda zədələnib

16.09.2021 14:18 Oxundu 548


PSJ-nin futbolçusu Kilian Mbappe zədələnib.

"CEMPİON.AZ" "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, bu barədə klubun baş məşqçisi Maurisio Poçettino məlumat verib. O, fransalı hücumçunun Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda "Brügge" ilə matçda (1:1) zədələndiyini və bu səbəbdən 51-ci dəqiqədə əvəzləndiyini deyib:
"Kilianı əvəzlədik, ayağından zədələndi. Ayaq biləyində problemlər var. Ətraflı məlumat cümə axşamı tibbi müayinədən keçdikdən sonra müəyyənləşəcək".