şənbə, 27 aprel 2024

DÜNYA FUTBOLU

"Kayrat"ın baş məşqçisi: "Turnirdə güclü və zəif iştirakçılar var"

16.09.2021 15:47 Oxundu 439


"Qarabağ"ın Konfrans Liqasının qrup mərhələsindəki rəqibi "Kayrat"ın baş məşqçisi Qurban Berdıyev qrupdakı komandalar haqqında fikirlərini bölüşüb.

"CEMPİON.AZ" xəbər verir ki, o, 1-ci turda "Omoniya" ilə matçdan öncə mətbuat konfransında deyib: 
"Bizi Konfrans Liqasında ağır oyunlar gözləyir. Beynəlxalq matçlara görə yaranmış fasilə səbəbindən komanda işi baxımından müəyyən problemlərimiz var. Sözsüz, qarşımızda müəyyən vəzifə durur. Oyunlara mərhələli şəkildə hazırlaşırıq. Bu turnirdəki komandaların Avropa Liqasındakılardan daha zəif olduğunu deməzdim. Məsələn, "Bazel" Çempionlar Liqası səviyyəsində komandadır, amma Konfrans Liqasında oynayır. Buna görə də turnirdə güclü və zəif iştirakçılar olduğunu söyləmək çətindir".
Qeyd edək ki, bu gün keçiriləcək "Kayrat" - "Omoniya" matçı Bakı vaxtı ilə saat 18:30-da başlayacaq. Komanda "Qarabağ"a qarşı ilk görüşünü oktyabrın 21-də Bakıda keçirəcək.