cümə, 29 mart 2024

BİZİM FUTBOL

""Qarabağ" İsveçrədə çempion ola bilər"

16.09.2021 18:12 Oxundu 503


"Qarabağ" hər il avrokubokların qrup mərhələsində çıxış edir. Bu, çox yaxşı və peşakər idarə olunan klubdur".

"CEMPİON.AZ" xəbər verir ki, bunu "Qarabağ"ın sabiq futbolçusu İnnosent Emeqara İsveçrə "Bazel"inin Bakıda Ağdam klubuna qarşı keçirəcəyi UEFA Konfrans Liqasının ilk tur oyunu barədə "bluewin.ch" saytına açıqlamasında deyib.
İsveçrəli veteran hücumçu "köhlən atlar"ı ölkəsinin "Yanq Boyz" komandası ilə müqayisə edib: "Bu komandanın uğurlarında baş məşqçi Qurban Qurbanovun böyük rolu var. O, Lüsyen Favr və Ottmar Hittsfeld səviyyəsində mütəxəssisdir. Qurbanov Avropada top-klubda işləyə, "Qarabağ" isə İsveçrədə çempion ola bilər. Bakıda bu komandadan xal almaq asan olmayacaq".
Emeqara 2014-cü ildə, həmçinin 2018/2019 mövsümündə "Qarabağ"ın formasını geyinib.
Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Bazel" oyunu saat 20:45-də başlayacaq.