cümə, 19 aprel 2024

DÜNYA FUTBOLU

Patrik Rahmen: "Qarabağ" çox güclü rəqibdir"

17.09.2021 10:24 Oxundu 404


“Çox intensiv oyun izlədik. Bunu da gözləyirdik”.

"CEMPİON.AZ" xəbər verir ki, bu sözləri “Bazel”in baş məşqçisi Patrik Rahmen Konfrans Liqasının 1-ci turunda “Qarabağ”la keçirilən matçdan sonra deyib.
Bakı Olimpiya Stadionunda Azərbaycan təmsilçisinin qonağı olan İsveçrə klubu 0:0 hesablı heç-heçə edib.
Oyunsonrası mətbuat konfransında 52 yaşlı çalışdırıcı fikrini bu sözlərlə davam etdirib: “Meydanda eyni səviyyəli komandaları gördük. Amma 90 dəqiqə rəqib daha üstün oldu. İkinci hissədə yüksək pressinqlə oynadılar. Son dəqiqələrdə Ramil Şeydayevin zərbəsində isə bəxtimiz gətirdi. "Qarabağ" bizə qarşı öz potensialını ortaya qoydu". 
52 yaşlı mütəxəssis qazandıqları bir xala görə razı olduğunu bildirib: "Biz də matçda bəzi şanslar yaratdıq. Sadəcə, hücumlarımızın sonunu gətirə bilmirdik. "Qarabağ" çox güclü rəqibdir. Qrupda yalnız "Kayrat"la bağlı kifayət qədər məlumatım yoxdur. "Omoniya" ilə Kiprdə oynamaq çətin olacaq. "Qarabağ" 7 il avrokubokların qrup mərhələsində çıxış edib. Onlara hörmətlə yanaşıram". 
Rahmen nəticədən razı olduğunu söyləyib: "Çünki bu oyunla bir xaldan artığını düşünə bilmərəm. Dünən isveçrəli jurnalistlərlə söhbətimdə də "Qarabağ"ın necə güclü komanda olduğunu söyləmişəm. Nəticədən məyus deyiləm. Sadəcə, komandamdan daha çox şey gözləyirdim. Bəzi komponentlərdə razı qaldığım məqamlar var. Bir xala görə razıyam. Qrupun güclü komandasına qarşı oynadıq və Bakıdan bir xalla evə qayıdırıq".