cümə, 19 aprel 2024

DÜNYA FUTBOLU

Kavanin məşqlərə başlayacağı vaxt müəyyən oldu

17.09.2021 14:51 Oxundu 404


“Mançester Yunayted”in baş məşqçisi Ole Qunnar Sulşer hücumçu Edinson Kavaninin nə zaman meydana çıxa biləcəyini açıqlayıb.

"CEMPİON.AZ" xəbər verir ki, çalışdırıcı Uruqvay millisinin üzvünün artıq bərpa prosesində olduğunu bildirib.
Sulşerin sözlərinə görə, Kavani gələn həftə komandaya kömək edə bilər: “Edinson bu həftəsonu və ya gələn həftənin bazar ertəsi günü komanda ilə məşqlərə başlayacaq. Ola bilsin ki, növbəti həftə meydana çıxsın. Əvvəlki formasında oynaması üçün yüz faiz hazır olmalıdır”.
Qeyd edək ki, Edinson Kavani “Stok Siti” ilə keçirilən yoxlama görüşündə zədələnmişdi.