cümə, 26 aprel 2024

BİZİM FUTBOL

“Uşaqlıq xəyallarını gerçəkləşdirmək necə də xoşdur"

17.09.2021 18:34 Oxundu 398


“Qarabağ”ın yarımmüdafiəçisi Kadi Borges Konfrans Liqasının qrup mərhələsinin 1-ci turunda “Bazel”lə oyundan (0:0) sonra sosial şəbəkə hesabında paylaşım edib.

"CEMPİON.AZ" xəbər verir ki, o, "İnstaqram" hesabında yazıb: “Uşaqlıq xəyallarını gerçəkləşdirmək necə də xoşdur. Buna nail olmaq asan olmadı.  Amma bütün məşqlərə, çətin anlara, göz yaşlarına görə Tanrıya şükür edirəm. 
Bu gün (dünən-red) ilk avrokubok matçıma çıxdım. Necə də gözəl hisslərdir. Hər şeyə görə Tanrıya və həmişə yanımda olduğu üçün ailəmə təşəkkür edirəm”.