cümə, 02 yanvar 2026

DÜNYA FUTBOLU

"Bavariya" hücumçunun müqaviləsini yeniləyə bilər

20.09.2021 14:25 Oxundu 563


"Bavariya" hücumçusu Serj Qnabri ilə  yeni müqavilə imzalamaq niyyətindədir.

"CEMPİON.AZ" Almaniya mətbuatına istinadən xəbər verir ki, Münhen təmsilçisi 26 yaşlı oyunçusunun agentləri ilə danışıqlar aparır. Klub onunla müqavilənin 2026-cı ilin yayına kimi uzatmaq istəyir.
Qnabrinin hazırkı sözləşməsi 2023-cü ilin iyun ayına qədər qüvvədədir.
Qeyd edək ki, Almaniya millisinin üzvü bu mövsüm Bundesliqada 5 matçda 3 qol vurub.