bazar ertəsi, 25 avqust 2025

DÜNYA FUTBOLU

"İnter" 25 yaşlı qapıçını transfer etməyə çalışır

29.09.2021 17:55 Oxundu 492


"İnter" heyətinə yeni futbolçu qatmağa yaxındır. 

"CEMPİON.AZ" xəbər verir ki, klub "Ayaks"dan Andre Onananı transfer etməyə hazırlaşır. Bu barədə Niderland təmsilçisinin idman direktoru Mark Overmars danışıb. O, "Ayaks"ın 25 yaşlı qapıçını komandada saxlamaq istəmədiyini, "İnter"in isə bu fürsətdən yararlanaraq Onana ilə 4 illik müqavilə üçün razılığa gəldiyini bildirib.  
Qeyd edək ki, Onana 2016-cı ildən "Ayaks"da oynayır.