01.10.2021 18:22
724
724

İtaliyanın “İnter” klubunun futbolçusu Marselo Brozoviç karyerasını İngiltərədə davam etdirə bilər.
"CEMPİON.AZ" xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi Premyer Liqanın iki klubunun maraq dairəsindədir.
Onun Milan təmsilçisi ilə müqaviləsi 2022-ci ilin yayında başa çatacaq. Tərəflər anlaşmanı uzatmaqla bağlı razılığa gəlməyib.
Yayda azad agent olacaq Brozoviç İngiltərə klublarına pulsuz keçə biləcək. “Liverpul” və “Tottenhem” bu imkandan yararlanmaq niyyətindədir.