cümə, 29 mart 2024

BİZİM FUTBOL

7 oyun, 40 qurtarış, 3-cü yer - MİLLİMİZİN QAPIÇISI

13.10.2021 12:12 Oxundu 502


UEFA DÇ-2022-nin seçmə mərhələsinin 8-ci turundan sonra futbolçuların statistik göstəricilərini açıqlayıb.

"CEMPİON.AZ" xəbər verir ki, ən yaxşılar arasında Azərbaycan millisinin üzvü Şahruddin Məhəmmədəliyev də var. O, seçmə mərhələdə ən çox qurtarış edən qapıçılar sırasında yer alıb. 27 yaşlı qolkiper meydana çıxdığı 7 oyunda 40 qurtarışla yadda qalıb. O, hazırda bu nominasiyada üçüncü pillədə qərarlaşıb.
San Marino yığmasının üzvü Elia Benedettini 44 "seyv"lə birinci, Lixtenşteynin oyunçusu Benyamin Byuhel (43) ikinci sıradadır.
Qeyd edək ki, Azərbaycan Serbiyaya 1:3 hesabı ilə uduzub.