cümə, 19 aprel 2024

BİZİM FUTBOL

Mahir Emreli idman zalından paylaşım etdi - "Kimsə mənə..."

14.10.2021 11:57 Oxundu 460


Azərbaycan millisinin hücumçusu Mahir Emreli klubu “Legiya”da məşqlərə qatılıb.

"CEMPİON.AZ" xəbər verir ki, bu barədə 24 yaşlı forvard özü tvitter paylaşıb.
Koronavirus testi pozitiv çıxdığı üçün yığmamızın DÇ-2022-nin seçmə mərhələsində Serbiya (1:3) ilə səfər oyununu buraxan Emrelinin növbəti iki testi neqativ nəticələndiyindən, karantinə ehtiyac qalmayıb. Belqraddan birbaşa Varşavaya yollanan forvard Polşa çempionatının növbəti turunda “Lex”lə keçiriləcək görüşün hazırlıqlarında iştirak edir.
Trenajor zalından məşq şəklini paylaşan həmyerlimiz üzərinə bunu yazıb: “Kimsə mənə istirahət gününün nə demək olduğunu izah edə bilər”.
Qeyd edək ki, XI turun “Legiya” – “Lex” qarşılaşması oktyabrın 17-də baş tutacaq.