şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

Feliks "Atletiko"nu ziyana sala bilər

15.10.2021 11:23 Oxundu 438


“Atletiko”nun hücumçusu Joao Feliks karyerasını İngiltərədə davam etdirə bilər.

"CEMPİON.AZ" Britaniya mətbuatına istinadən xəbər verir ki, “Liverpul” ulduz futbolçunun xidmətində maraqlıdır.
“Qırmızılar” “Atletiko”da stabil oynamaq imkanı qazanmayan Portuqaliya millisinin üzvü üçün 63 milyon funt-sterlinq təklif edib. İspanlar bunu müsbət cavablandırsa, 50 milyonluq ziyana düşəcək. Çünki “Atletiko” Feliksi 113 milyon funt-sterlinqə alıb.
Qeyd edək ki, La Liqa çempionu Joao Feliksi 2019-cu ildə “Benfika”dan transfer edib.