bazar ertəsi, 25 avqust 2025

DÜNYA FUTBOLU

Qrupda ardıcıl 3-cü məğlubiyyət - "Milan"dan

20.10.2021 13:50 Oxundu 523


İtaliyanın "Milan" klubu yeni antirekorda imz
atıb. 
"CEMPİON.AZ" xəbər verir ki, bu, Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda "Portu"ya uduzmaqla (0:1) qeydə alınıb.
Beləliklə "Milan" qrup mərhələsində ardıcıl 3 oyunda məğlub olub. Komanda əvvəlki turlarda "Liverpul" (2:3) və "Atletiko"ya (1:2) uduzub. Bu da "Milan" tarixinin antirekordu hesab edilir. 
Qeyd edək ki, "Milan" 7 illik fasilədən sonra bu il yenidən Çempionlar Liqasının qrup mərhələsində oynamaq hüququ qazanıb.