bazar ertəsi, 25 avqust 2025

DÜNYA FUTBOLU

ÇL-də 3-cü tur Marselo üçün əlamətdar olub

20.10.2021 16:58 Oxundu 548


Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turu “Real”ın müdafiəçisi Marselo üçün əlamətdar olub.

"CEMPİON.AZ" xəbər verir ki, Donetsk “Şaxtyor”u ilə səfər matçı braziliyalının yubiley görüşü kimi yadda qalıb.
 33 yaşlı müdafiəçisi 69-cu dəqiqədə meydana daxil olaraq Çempionlar Liqasındakı oyun sayını 100-ə çatdırıb. O, bu oyunlarda 9 qol vurub.
Bununla Marselo ÇL-də 100 oyun səddinə çatan 41-ci futbolçu olub. O, Ukrayna futbolunun canlı əfsanəsi Andrey Şevçenko ilə birlikdə 40-cı yeri bölüşür.
Qeyd edək ki, Marselo 2007-ci ildən “kral klubu”da çıxış edir.