cümə, 02 yanvar 2026

BİZİM FUTBOL

"Xudafərin" Kişilər Liqasında ilk oyununa çıxacaq

24.10.2021 13:28 Oxundu 645

Facebook sosial şəbəkəsində 79 min üzvü olan qrup üzvləri arasında Kişilər Liqası Zəfər Mövsümünün açılışı və püşkatması keçirilib.

CEMPİON.AZ xəbər verir ki, Kişilər Liqası həvəskar oyunçular  arasında təşkil olunub.
Çempionat  4 qrup, 16 komanda arasında keçiriləcək.
Oyunlar bu gündən start götürəcək və hər həftənin bazar günü  19:00 - 21:00 aralığında Baş Polis İdarəsinin arxasında yerləşən Azfar stadionunda keçiriləcək.
Qeyd edək ki, həmin turnirdə CEMPİON.AZ saytının sponsurluq etdiyi "Xudafərin" komandası da C qrupunda mübarizə aparacaq.