24.10.2021 11:34
520

Kipr çempionatında 7-ci turun oyunları keçirilib.
"CEMPİON.AZ" xəbər verir ki, millimizin üzvü Araz Abdullayevin çıxış etdiyi “Etnikos” bu turda AEL-i qəbul edib. Matç 2:2 hesabı ilə başa çatıb.
Araz bu görüşü ehtiyat oyunçular skamyasında keçirib.
Qeyd edək ki, “Etnikos” 7 turdan sonra cəmi 2 xalla 12 komanda arasında sonuncu pillədə qərarlaşıb.