cümə axşamı, 28 mart 2024

BİZİM FUTBOL

Samir Abasov: "Uduzmağımızın da səbəbi budur" - VİDEO

31.10.2021 12:26 Oxundu 767


“Qarabağ”a məğlubiyyətdən sonra hissləri cılovlamaq mənə çətinlik yaradır”.

"CEMPİON.AZ" xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 9-cu turunda səfərdə “Qarabağ”a uduzduqları oyundan sonra mətbuat konfransında deyib.
O, 0:4 hesablı məğlubiyyəti belə şərh edib: "Oyuna pis başlamadıq. Hətta qol imkanımız da oldu. Kapitanımız 2 metrdən qapıya düşə bilmədi. Ardından itirdiyimiz top həlledici oldu. Bu vaxta kimi bəzi məqalələr yazılır, mütəxəssislərdən proqnozlar soruşulur. Oyundan əvvəl bizim əleyhimizə olan fikirlər var idi. Həqiqətən də, keyfiyyətdə rəqibə uduzuruq. Səviyyə fərqi həddən artıq görünür. Bəzi məqamları bilirik. Boynuma da alıram ki, onları düzəldə bilmərik. Çünki bu vaxta kimi keçirdiyimiz oyunlar göstərir ki, balanssızlıq var. Bu, hücumlarımızdadır. Bunu hamımız bilirik, amma dəyişə bilməyəcəyik. O demək deyil ki, bütün görüşlərdə uduzacağıq. Matçı başqa səbəbdən uda bilirsən. Ard-arda buraxılan qollar bizi sındırdı. Oyun 90-95 dəqiqə çəkir. Buraxılan qollardan sonra kimlərsə deyə bilər ki, rəqib qollardan sonra oynamadı. Keyfiyyət baxımından belə davam edəcəksə... İki komanda arasında oyunçu fərqi çox böyükdür. Çoxları deyir ki, həddən artıq rotasiya edirsən. Uduzandan sonra danışmalısan. Hücumlarımızın çoxu sol cinahdan olur. Ötən oyunda Sezar Meza Kollini sağa atdıq ki, bütün yük eyni cinaha düşməsin. Amma biz bunda uduzuruq. Emin Mahmudovu çıxmaq şərtilə digər yerli oyunçularımız bu gün oyunlara cavab vermir. Mert Çelikin düzəlməsi də sual altındadır”.
- Ötən mövsümün son turunda rəqibi udaraq çempion oldunuz. Nə dəyişdi ki, ardıcıl iki matçda rəqibə uduzdunuz?
- Göz önündədir ki, “Qarabağ” güclənib. Bunda “Neftçi”nin də rolu var idi. Ötən il Anton Krivotsyuk, Namik Ələskərov var idi, balans düzəlirdi. Bu mövsüm hansı yerlilərlə balans düzəldək? Bu gün yerli futbolçularımız avrokuboklara cavab vermirlər. Uduzmağımızın da səbəbi budur.
- Krivotsyuk və Namiki saxlaya bilməməyinizin səbəbi nə oldu?
- Krivotsyukun müqaviləsi bitirdi və dedi ki, yayda gedəcəyəm, bu çempionatda oynamaq istəmirəm, inkişaf etmək istəyirəm. Deyirdi ki, burada yerimdə sayıram, pul mənim üçün önəmli deyil. Namik də dedi ki, daha çox qazanacağam, inkişaf edəcəyəm, getmək istəyirəm. Onları necə saxlamaq olar? “Qarabağ”dan fərqli, əcnəbiləri milliləşdirə bilmirik. Bir Sezar var, onda da ləngimə gedir. İstəyimizi, ruhumuzu meydanda qoymalıyıq, rəqibə təzyiq göstərməliyik. Məsələn, millimiz oynayanda deyirlər ki, bizdə istək yox idi. Bəs rəqib sənə qarşı istəklə çıxsa nə olacaq? Burada keyfiyyət ortaya çıxır.
- Bu gün motivasiyanın aşağı olması siz tərəfdən qaynaqlanırdı?
- Oyunun əvvəlindən görünürdü ki, motivasiya var. Amma oyunçuların fərdi səhvləri qol gətirir. Ömər Buludovun ayağından top çıxır, rəqib qol vurur. Bundan sonra beş-betər olacaq. Bəzi məsələlər də var ki, onu mən düzəldəcək durumda deyiləm.
- “Neftçi”nin müdafiə xəttinin belə bərbad olmasının səbəbi nədir? Həmçinin yarımmüdafiədə də mərkəzi əldən vermişdiniz...
- Qola kimi mərkəz əlimizdə idi. Yarımmüdafiəçilərimiz də yaxşı idi. İkinci qolu ayağımızla verdik ki, Zubir, vur. Uşaqların adının üstündə durmaq bizə xoş deyil. Sadəcə, izah vermək istəyirəm. Bu gün Ömər səhv etdi, daha əvvəl İsmayıl etmişdi. Yusufun hücumda keyfiyyətli olduğunu bilirik. Amma sağda eyni şeyi edə bilmirik. İki qol buraxandan sonra Sabir Burqin və digərləri həvəsdən düşdü. Bu da baş verməməlidir. Onlar 90 dəqiqə oynamalıdırlar. Gərək fasilədə paltardəyişmə otağında sizi öldürək ki, çıxıb oynayasız?
- Dediyiniz problemlərin həlli yolları nələrdir?
- Yayı və ya qışı gözləmək çıxış yolu deyil. “Neftçi” ən azı çempionluğa namizəddir, vuruşur. Hamı deyəcək ki, favorit “Qarabağ”dır. Biz onlarla vuruşuruq. İnanmıram ki, hansısa yerli oyunçunu gətirsək, balansı düzəldər. Yalnız kimlərisə milliləşdirməklə vəziyyəti düzəldə bilərik. Çıxış yolunu bunda görürük