cümə, 22 avqust 2025

DÜNYA FUTBOLU

Qalatasaray növbəti 2 oyunda azarkeşsiz qalacaq - UEFA-dan cəza

10.11.2021 16:36 Oxundu 631

Avropa Liqasında "Marsel" - "Qalatasaray" matçında sarı-qırmızılara dəstək verməyə gələn azarkeşlərin yaratdığı vəziyyətə görə, UEFA "Qalatasaray"a 2 səfər matçı üçün tamaşaçı qadağası qoyub.
"CEMPİON.AZ"
xəbər verir ki, sentyabrın 30-u səfərdə "Marsel"lə mübarizə aparan "Qalatasaray" və rəqib komandanın tərəfdarları arasında gərginlik yaranıb. Bu gərginlikdən sonra hakim Pavel Raçkovski bir müddət oyunu dayandırıb.
Daha sonra UEFA komandaya azarkeş qadağası qoyub. "Qalatasaray" həmçinin 50 min avro cərimələnib. UEFA-nın verdiyi qəradan sonra "Qalatasaray" qrupda "Latsio" ilə son səfər matçında tərəfdarsız qalacaq. 
Qeyd edək ki, komandaların tərəfdarları oyun vaxtı bir-birinə məşəl, səs bombaları və müxtəlif əşyalar atıblar. Fransalı futbolsevərlər “Qalatasaray” tərəfdarlarının olduğu tribunaya çıxmaq istəsələr də, polislər buna icazə verməyib.