
Bu gün Rusiya milli futbol komandası Dünya Çempionatının seçmə turnirində Kipr millisini qəbul edəcək.
"CEMPİON.AZ" xəbər verir ki, H qrupunda yer alan Valeri Karpinin komandası Kipr millisini Sankt-Peterburqda yerləşən Krestovski stadionunda qarşılayacaq.
Noyabrda Rusiya millisi 2022-ci il Dünya Çempionatının seçmə turnirinin son iki oyununu Qətərdə keçirəcək. Kiprlə oyundan sonra Karpinin komandası noyabrın 14-də Splitdə xorvatlar ilə qarşılaşacaq.
8 oyundan sonra H qrupunda ruslar ikincilikdə qərarlaşan xorvatları iki xal qabaqlayaraq liderliyi əldə edib. Hər iki komanda artıq ən azı pley-off mərhələsində iştirakına zəmanət verib. Qrup qalibi birbaşa dünya çempionatına çıxacaq.
Qeyd edək ki, ruslar bu gün məğlubiyyətlə üzləşərsə, Qətərə gedə bilməyəcək.