12.11.2021 10:45
513


21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi bu gün Avstriya yığması ilə qarşılaşacaq.
"CEMPİON.AZ" xəbər verir ki, oyun “Bakcell Arena”da, saat 20:00-da keçiriləcək. Qarşılaşmanı Serbiyadan olan hakim idarə edəcək:
Baş hakim: Miloş Milanoviç
Baş hakimin köməkçiləri: Yovan Grujic, Matiya Olayos Nadj
Dördüncü hakim: Marko Sreçkoviç