cümə, 02 yanvar 2026

DÜNYA FUTBOLU

Benzema 1 illik həbs cəzası aldı

24.11.2021 16:22 Oxundu 980

“Real Madrid” klubunun məşhur fransalı hücumçusu Kərim Benzema bir il şərti həbs cəzasına məhkum edilib.

"CEMPİON.AZ" xəbər verir ki, o, həmçinin 75 min avro cərimə də ödəməli olacaq.
Versal Cinayət Məhkəməsi futbolçunu fransız komanda yoldaşı Matye Valbuenanı şantaj etməkdə təqsirli bilib.