cümə, 26 aprel 2024

BİZİM FUTBOL

Azərbaycan çempionatında təxirəsalmalar olub

25.11.2021 16:01 Oxundu 401


Futzal üzrə Yüksək Liqanın IX turu çərçivəsində sabah keçirilməli olan “Xilə” – “Baku Fire” qarşılaşması qeyri-müəyyən vaxta təxirə salınıb.
"CEMPİON.AZ"
xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat verib. Buna səbəb birincilərin müraciəti olub.
“Xilə” bir neçə oyunçusunun səhhətində narahatlığın yaranması (yüksək temperatur) ilə bağlı federasiyaya müraciət edib. Bunu nəzərə alan qurum ölkə çempionatının matçını təxirə salınması ilə bağlı qərar qəbul edib.