29.11.2021 13:03
572
572

AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov növbəti dəfə təyinat alıb.
"CEMPİON.AZ" xəbər verir ki, o, Çempionlar Liqasının qrup mərhələsində Rusiyanın “Zenit” və İngiltərənin "Çelsi" komandaları arasında keçiriləcək VI tur matçında UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, dekabrın 8-ə Sankt-Peterburq şəhərindəki “Gazprom Arena”da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə 21:45-də başlayacaq.