cümə axşamı, 21 avqust 2025

BİZİM FUTBOL

“Barselona” 5 futbolçusunu satır

03.12.2021 14:55 Oxundu 528


“Barselona” mövsümün sonuna qədər heyətində bəzi təmizləmələr aparacaq.
"CEMPİON.AZ"
xəbər verir ki, bu barədə "Mirror" agentliyi mçəlumat yayıb. Kataloniya klubu bununla yeni transferlərə yer açmaq niyyətindədir. Həm transferə pul ayırmaq, həm də maaş limitini azaltmaq istəyən rəhbərlik yüksək məvacib qazanan bəzi oyunçularının gedişinə qarşı deyil. Bu siyahıda Sergio Dest, Klemen Lanqle, Ronald Arauxo, Frenki de Yonq, Mark-Andre ter Ştegen kimi oyunçular var. La Liqa təmsilçisi astronomik məbləğdə pul təklifi alarsa, adıçəkilən oyunçularından vaz keçə bilər.
Qeyd edək ki, La Liqada 14 oyunda 23 xal toplayan “Barselona” turnir cədvəlinin 7-ci pilləsində qərarlaşır.