cümə, 19 aprel 2024

BİZİM FUTBOL

Kişilər Liqası Zəfər Mövsümü Finalda!

03.12.2021 21:37 Oxundu 595

Sosial şəbəkədə məşhur olan "Kişilər Klubu" Facebook qrupunun təşkil etdiyi, Azərbaycan ordusunun şanlı zəfərinə həsr edilmiş "Kişilər Liqası" Zəfər mövsümü finala çatıb. 
Qeyd edək ki, çempionat Oktyabr ayında start götürmüşdü və çempionatda 16 komanda qalibiyyət uğrunda mübarizə aparırdı. Qrup mərhələsini keçən komandalar müvafiq olaraq 1/4, yarım-final oyunlarında mübarizə apardılar. Gərgin oyunların nəticəsi olaraq isə "Zebra-Baku və "Qorodok" komandaları finala adlarını yazdıra biliblər. 
Nəzərinizə çatdırırıq ki, final oyunu 5 Dekabr saat 19:00-da baş tutacaq. Qalib komanda 1500 manat pul, kubok, medal və sponsorların təqdim etdiyi müxtəlif hədiyyələr qazanacaqlar. 
Çempion.az olaraq biz də öz növbəmizdə komandalara uğurlar arzu edirik.