cümə axşamı, 21 avqust 2025

DÜNYA FUTBOLU

Emreli bu oyun uğursuz olub və əvəzlənib

06.12.2021 11:49 Oxundu 565


Mahir Emreli “Legiya”nın heyətində növbəti oyununu keçirib.
"CEMPİON.AZ"
xəbər verir ki, 24 yaşlı forvardın komandası Polşa Ekstraklasasının XVII turunda səfər matçına çıxıb. “Krakoviya”nın qonağı olan Varşava təmsilçisinin heyətində ilk dəqiqələrdən meydanda olan Mahir 59 dəqiqə mübarizə aparıb. Forvard komandası 0:1 hesabı ilə geridə olarkən əvəzlənib. Qarşılaşma elə bu hesabla da yekunlaşıb. Səfərdən məğlub dönən "Legiya" hazırda 12 xalla 18 komanda arasında təhlükəli zonada - turnir cədvəlinin 16-cı pilləsində qərarlaşır.